Formula 1" üzrə Azərbaycan Qran-prisi mövsümün ən yaxşılarından hesab edilib
2021-01-11 12:00
"Formula 1" üzrə dünya çempionatında 2021 mövsümünün ən yaxşı Qran-prisi bəlli olub. Bu, azarkeşlər arasında aparılmış sorğu nəticəsində müəyyənləşib. 52 mindən çox fanatın qatıldığı səsvermədə İtaliya Qran-prisi 19 faizlə birinci, Azərbaycan Qran-prisi 8 faiz səslə 4-cü olub. 2021-ci il Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilib. 2022-ci ildəki yarış 10 - 12 iyunda təşkil olunacaq.
Nərgiz camal