"Forbes" ən çox pul qazanan idmançıların siyahısını açıqlayıb. Ilk üç yeri futbolçular tutublar

2019-06-12 12:07

Nüfuzlu "Forbes" jurnalı 2019-cu ilin birinci yarısında ən çox pul qazanan idmançıların siyahısını açıqlayıb. Siyahıda ilk üç yeri tarixdə ilk dəfə olaraq futbolçular tutublar. Birinci yerdə 127 milyon dollar gəlirlə "Barselona"nın hücumçusu Lionel Messi qərarlaşıb. İkinci pilləni 109 milyon dollar gəlirlə "Yuventus" forvardı Kriştianu Ronaldu tutub. Üçüncü yer isə Pari Sen Jermenin braziliyalı oyunçusu Neymara məxsusdu. Onun gəlirləri 105 milyon dollardır.

Vəfa Şairova