Fiziki tərbiyə müəllimləri arasında voleybol üzrə yarış təşkil edilib
2021-01-06 18:00
Gəncədə orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri arasında voleybol üzrə yarış təşkil edilib. Oyunda Kəpəz və Nizami rayonunda yerləşən təhsil ocaqlarının müəllimlərindən ibarət iki komanda qarşılaşıb. Əsasən məşqçi müəllimlərin oyunçu təcrübəsinin itirilməməsi, əməkdaşlığın inkişafı və asudə vaxtın səmərəli keçirilməsinə xidmət edən yarışlar voleybolla yanaşı, digər kollektiv idman növləri üzrə də keçirilir.
Vüsalə camal