Canlı
Firdovsi Umudov Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti seçilib

2018-01-12 / 09:26

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Federasiyanın I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Umudova həvalə edilib. Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. O, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib. "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub.

Vəfa Şairova