Fiqurlu konkisürənimiz olimpiadanın final mərhələsində çıxış edib
2021-02-10 10:09
Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib. 21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparıb. Litvintsev 24 idmançının qatıldığı yarışda 18-ci pillədə qərarlaşıb. Konkisürən fevralın 8-də qısa proqramda da 18-ci olub. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.
Vüsalə camal