Fiqurlu konkisürənimiz olimpiadada növbəti mərhələyə vəsiqə qazanıb
2021-02-08 10:11
Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Azərbaycan təmsilçisi qısa proqramda 84,15 xal toplayıb və sıralamada 8-ci yerdədir. Litvintsev 30 konkisürənin qatıldığı qısa proqramda vaxtından əvvəl ilk 24-lüyə düşməyi bacarıb və fevralın 10-da keçiriləcək sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir.
Nərgiz camal