Filarmoniyada əməliyyat keçirilib, həbs edilən var
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib. İstintaq nəticəsində külli miqdarda özgə əmlakını talama, vəzifəli şəxsin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə, külli miqdarda rüşvət alma və rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi kimi cinayətlər müəyyən edilib. Filarmoniyanın əməkdaşı Rəşad Məmmədov həbs edilib.
Vüsalə Cənnətova