FİFA qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb
2020-06-26 14:09
FİFA qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Azərbaycan yığması 1321 xalla planetin 76-cı komandasıdır. Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda sonuncu dəfə üç ay öncə - martda açıqlanan siyahıdakı mövqeyini qoruyub. Millimiz həmin vaxt eyni xalla eyni mövqedə qərarlaşmışdı. Reytinqdə ilk üç pilləni ABŞ, Almaniya və Fransa milliləri tutub.
Nərgiz Camal