FIFA prezidenti Türkiyə və Suriyadakı zəlzələlərdə həlak olanların ailələrinə başsağlığı verib
FIFA prezidenti Canni İnfantino Türkiyə və Suriyada baş verən zəlzələlərdə həlak olanların ailələrinə başsağlığı verib. Ali futbol qurumunun rəsmi tviter hesabından edilən paylaşımda, funksioner bu dönəmdə hər iki ölkənin xalqları ilə həmrəy olduqlarını və dəstəklərini ifadə etmək istədiklərini qeyd edib.
Nərgiz Camalzadə