FIFA prezidenti mundial 3 ildən bir keçirilməsini təklif edib
2021-04-07 18:12
FIFA prezidenti Canni İnfantino yeni ideya təklif etməyə hazırlaşır. Dünya çempionatının iki ildən bir təşkili variantını bütün dünyanın qarşı çıxması nəticəsində gündəmdən çıxaran İsveçrəli funksioner indi də yarışın üç ildən bir keçirilməsinin tərəfdarıdır. Onun yeni planına əsasən, birinci il 24 komandadan ibarət Klublararası dünya çempionatı, növbəti ildə Avropa çempionatı və Amerika Kuboku kimi qitə birincilikləri, üçüncü ildə isə dünya çempionatı təşkil olunması nəzərdə tutulub.
Vüsalə camal