FIFA oyunlarda əvəzetmələrin sayının müvəqqəti artırılmasına razı olub
2020-05-06 12:07
FIFA oyunlarda əvəzetmələrin sayının müvəqqəti artırılmasına razı olub. Müvafiq sənəd artıq hazırlanıb və gələn həftə ictimaiyyətə açıqlanacaq. Təklifin məsləhət xarakteri daşıyacağı bildirilir. FIFA-dan sonra bu qayda Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən təsdiqlənməlidi. FIFA aprelin sonunda oyunçuları zədələrdən qorumaq üçün qarşılaşmalardakı əvəzetmə sayının üçdən beşə artırılmasını təklif edib.
Vəfa Şairova