FİFA klublararası dünya çempionatının vaxtını açıqlayıb
2021-11-29 14:12
2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixi müəyyənləşib. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3 - 12 fevralda gerçəkləşəcək. Yarışın püşkatma mərasimi bu gün Sürixdə olacaq. Tədbir Bakı vaxtı ilə saat 20-də başlanacaq. Dünya çempionatında 7 iştirakçısı olacaq.
Nərgiz camal