Canlı
FİFA futbolda yeni qaydaları sınaqdan keçirib

FİFA-nın dünya futboluna gətirməyi planlaşdırdığı yeni qaydalar sınaqdan keçirilib. 3 qayda Hollandiyada yoxlanılıb. Bunlardan birində cərimə zərbəsi zamanı futbolçu topla driblinq etmək imkanına malikdir. Həmçinin cərimə zərbəsi və künc zərbəsi zamanı hakimin fitini gözləməyə ehtiyac yoxdu. Aut atışlarının futzalda olduğu kimi, ayaqla yerinə yetirilməsi ikinci yenilik olaraq sınanıb. Üçüncü qayda isə penalti ilə bağlıdır. Yalnız real qol şansının qarşısı alındığı təqdirdə penalti təyin olunur. Dəyişikliklərin məqsədi oyunu daha da sürətləndirmək və ədalətli vəziyyətə gətirməkdir.

Vəfa Şairova