FİFA federasiyalara kifayət qədər ehtiyat futbolçu götürməyi və siyahını genişləndirməyi tövsiyə edib
2020-10-01 12:06
FIFA Dünya Çempionatı-2022-nin seçmə mərhələsi öncəsi bütün milli assosiasiyalara oyunlarda iştirak üçün sifariş ərizəsində futbolçu sayını çoxaltmağı tövsiyə edən məktub göndərib. Ali futbol qurumunun bayrağı altında keçirilən matçlarda yığmalara minimum oyunçu limiti tətbiq olunmayacaq. FİFA federasiyalara kifayət qədər ehtiyat futbolçu götürməyi və siyahını genişləndirməyi tövsiyə edib. Həmçinin sənəddə azarkeşlərə məhdudiyyət barədə heç bir qeyd yoxdur. Amma stadionda olan fanatların maska taxmasının vacibliyi vurğulanıb.
Nərgiz Camal