FIFA bu gün müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını mükafatlandıracaq
2020-12-17 14:01
FIFA bu gün müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını mükafatlandıracaq. "The Best" mükafatının təqdim ediləcəyi tədbir koronavirus pandemiyası səbəbindən ilk dəfə onlayn keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 22-də başlayacaq. İlin ən yaxşı futbolçusu adına Kriştiano Ronaldo, Robert Levandovski və Lionel Messi iddia edir.
Vüsalə Camal