FİFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək
FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir keçirəcək. Təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə mini turnir təşkil olunacaq. Dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin martda keçirilməsi nəzərdə tutulub. Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar.
Fərid Mehdiyev