FHN əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq tədricən ayın 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.