FHN-in xilasedicilərnin axtarış-xilasetmə əməliyyatları davam edir
FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb, yaralıların sayı isə 108 min nəfəri keçib.
Nərgiz Camalzadə