Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb. Təyyarə artıq Adana hava limanına enib. 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, ötən gecə Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi də yola düşüb.
Tovuz, Gədəbəy və Qazax rayonları da yardım aksiyasına qoşulub. Rayon İcra hakimiyyətlərinin xətti ilə təşkil edilən yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraş şəhərinə səfərə yola düşüb. Onun Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.
Vüsalə Cənnətova