Canlı
FHN Qubada itkin düşən alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb

2017-12-29 / 18:11

Fövqəladə Hallar Nazirliyi Qubada itkin düşən alpinistlər –Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin axtarışı ilə bağlı məlumatı yayıb və bildirilib ki, axtarışlar davam edir. Nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

Vüsalə Camal