FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Nazirliyin məlumatına görə, iyunun 24-ü axşamdan 29-dək ölkənin ayrı-ayrı bölgələrində intensiv yağış yağacağı, şimşək çaxacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.FHN vətəndaşlara sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, təhlükə yaranacağı təqdirdə isə dərhal yüksək ərazilərə çəkilməyi tövsiyə edir.Nazirlik həmçinin ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefon danışıqlarından çəkinməyi, açıq ərazidə elektrik xətləri və hündür ağacların yaxınlığında dayanmamağı məsləhət görür.Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırım təhlükəsi sovuşanadək nəqliyyat vasitəsində qalmaq tövsiyə edilir.

24 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik