FHN-in pirotexnikləri əraziyə cəlb olunub
2021-05-21 12:09
Polisin Xaçmazın Üryanoba kəndindəki qəbiristanlıqda aşkar etdiyi hərbi sursatlarlarla bağlı FHN-in pirotexnikləri əraziyə cəlb olunub. Orada 1290 ədəd 7,62 çaplı, 134 ədəd 5,45 çaplı güllə, 6 avtomat darağı, 70 ədəd UZRQM zapal, 20 “F-1” əl qumbarası, 4 ədəd “TM-62” tank əleyhinə mina, 7 ədəd TM partladıcısı, 3 “KOMZ” piyada əleyhinə mina, 3 döyüş tətbiqinə yararsız “TEREM 7m” işıq bombası və 2 ədəd “ŞOAB” aviabombanın bombacığı olub. Təlim üçün nəzərdə tutulan sursatlar aidiyyəti üzrə təhvil verilib, bombacıqlar isə zərərsizləşdirilməsi üçün Azərbaycan Minatəmizləmə Agentliyinin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Vüsalə Camal