FHN-in növbəti xilasetmə qüvvələri Türkiyəyə çatıb
Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıblar. Onlar yaxın saatlarda işə başlayacaqlar.
Nazirliyin Kahramanmaraşdakı xilasediciləri isə dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.