FHN-nin yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola salınıb
Türkiyədə baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb. Dağıntılardan ziyan çəkən insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Eyni zamanda, Azərbaycanın xüsusi təlim keçmiş itləri Kahramanmaraşda dağıntılar altında qalanların tapılması üçün axtarış-xilasetmə işlərinə cəlb olunub.
Vüsalə Cənnətova