FHN-nin mobil səhra hospitalı 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərib
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir. Ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643 nəfərə çatıb, 80 278 nəfər yaralı var. Zəlzələ bölgəsində hazırda 233 320 nəfərlik heyət çalışır.
Fərid Mehdiyev