FHN-nin Gəncə Regional Mərkəzində şəhid övladları üçün “açıq qapı günü” keçirilib
2021-06-01 18:11
Uşaqların Beynəlxalaq Müdafiəsi Günü münasibətilə FHN Gəncə Regional Mərkəzində Vətən müharibəsi nəticəsində Gəncə şəhərindən olan şəhid övladları üçün “açıq qapı günü” keçirilib. Uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə onlarda böyük marağa səbəb olub. Balacalar nazirliyin psixoloqları tərəfindən təşkil olunmuş intellektual oyun və qrup yarışlarına cəlb olunublar. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Vüsalə Camal