FHN-nin çevik xilasetmə qüvvələrinin 2-ci qrupu Vətənə qayıdır
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin 2-ci qrupu Vətənə qayıdır. Zəlzələnin ilk günündən etibarən azərbaycanlı xilasedicilər üç növbəli şəkildə işlərini davam etdiriblər. Kahramanmaraşda iki səhra xəstəxanasında 2 mindən çox insan müalicə olunub. Eyni zamanda Türkiyənin zəlzələdən zərər görən bölgələrində dağılan və ya inşaat qaydalarına zidd dəyişikliklər müəyyən edilən binalarla əlaqədar saxlanılanların sayı 218-ə çatıb.
Vüsalə Cənnətova