FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi ölkədə müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə müraciət edib. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən uzaq durmaq, elektrik dirəklərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Nərgiz Camalzadə