FHN dəvəti ilə Türkiyədən gələn psixoloqlar qazi və şəhid ailəsi üzvülərinə psixoloji yardım göstərib
Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən Azərbaycana gələn psixoloqlar iki ilə yaxın müddətdə 2 min 200-dən artıq qaziyə və şəhid ailəsi üzvünə psixoloji yardım göstərib. Ümumilikdə sentyabrın 5-dən indiyədək müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş pasientlərə 511 seans psixoloji yardım göstərilib.