Fevralın 8-də Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək
2020-02-05 14:07
Fevralın 8-də Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. İki gün davam edəcək yarış üçün Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamızın məşqçilər korpusu turnirdə 10 çəkidə 13 kişi və 5 qadın cüdoçuya şans verəcək. Yarışda ümumilikdə 121 ölkədən 740 cüdoçu mübarizə aparacaq.
Ruhəngiz Hacızadə