Fevralın 21-də respublika ərazisində 67 toy şənliyinin monitorinqi həyata keçirilib
2021-02-22 10:11
Fevralın 21-də respublika ərazisində 67 toy şənliyinin monitorinqi həyata keçirilib. Monitorinq 61 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 62 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Nərgiz camal