Fevralın 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək
2020-02-15 12:10
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb. Müsabiqədə iştirak etmək üçün 3743 namizəd elektron ərizəsini təsdiq edib. Bu say direktorların işə qəbulu üzrə ötənilki müsabiqələrlə müqayisədə rekord göstəricidir. Fevralın 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək.
Vəfa Şairova