Canlı
Fernando Yerro İspaniya milli komandasına baş məşqçi təyin olunub

2018-06-13 / 18:09

"Real Madrid" klubunun sabiq futbolçusu Fernando Yerro İspaniya milli komandasına baş məşqçi təyin olunub. 50 yaşlı mütəxəssis bu vəzifədə bu gün istefaya göndərilən Xulen Lopetegini əvəzləyib. Lopetegi "kral klubu"nun sükanı arxasına keçdikdən sonra İspaniya Federasiyası onunla 2020-ci ilədək olan müqaviləni pozub.

Vüsalə Camal