Fermerlər aqrar sıgorta ödənişini onlayn alacaq
2020-07-29 18:05
Aqrar sığorta onlayn şəkildə - Aqrar Sığorta İnformasiya Sisteminin üzərindən həyata keçiriləcək. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun sözlərinə görə, nazirliyin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərək əkinlərini bəyan edən fermerlər Fonda onlayn şəkildə, ya da sığorta vasitəçiləri üzərindən müraciət edə bilər.
Nərgiz Camal