"Ferents Puşkaş" mükafatının qalibi məlum olub
2020-12-18 14:00
2020-ci il üçün "Ferents Puşkaş" mükafatının qalibi Son Xın Min olub. İngiltərənin "Tottenhem" klubunun üzvünün Premyer Liqada "Bernli"yə vurduğu qol ən yaxşı seçilib. Son Xın Min FİFA-nın keçirdiyi səsvermədə fərqlənib. Mükafata Luis Saures və Corcian Arrasketanın qolları da iddia edib.
Fərid Mehdiyev