Fenerbahçe Real Madridin futbolçusuna elçi düşüb
2021-05-13 12:05
Real Madrid-in futbolçusu Mariano Dias yayda Madrid klubunu tərk etmək istəyir. 28 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirə bilər. Dominikanlı futbolçunun Fenerbahçeyə keçəcəyi gözlənilir. İstanbul klubu Mariano üçün 6 milyon avro verməyi planlaşdırır. Diasın Kral klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Vüsalə camal