Federal məclisdə Qarabağdan danışıldı
2020-09-23 12:00
“Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”. Bunu Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının plenar iclasında çıxışında deyib. Spiker ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiyanın beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcəyinə və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcəyinə ümid etdiyini vurğulayıb.
Vəfa Şairova