"Falkao “Qalatasaray”dan ayrılır
2020-10-15 14:09
Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Radamel Falkao qış fasiləsində komandasını dəyişməyə hazırlaşır. Ulduz futbolçu karyerasını ABŞ-da davam etdirməyə yaxındır. Kolumbiya millisinin üzvü MLS klubu “İnter Mayami” ilə danışıqlara başlayıb. 34 yaşlı forvardın cari mövsümdəki çıxışından məmnun qalmayan “cim-bom” da bu transferin əleyhinə deyil. Yüksək məbləğdə maaşını və transferdən qazanılacaq məbləği nəzərə alan İstanbul təmsilçisi əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu ABŞ klubundan rəsmi təklif gözləyir.
Nərgiz Camal