Faiq Qarayev yenidən voleybol millisinin baş məşqçisi təyin edilib
Faiq Qarayev yenidən voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilib. Təqdimat Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında gerçəkləşib. Qurumun prezidenti Şahin Bağırov 64 yaşlı mütəxəssisin bu postda türkiyəli Ataman Güneyligilini əvəzlədiyini açıqlayıb. Müxtəlif vaxtlarda yığmanın "sükanı arxasında" olan təcrübəli baş məşqçi son dəfə 2018-ci ildə Yaponiyada təşkil olunan dünya çempionatında komandaya rəhbərlik edib.
Fərid Mehdiyev