Fətəli Xan Xoyskinin erməni terrorçu tərəfindən öldürülməsindən 100 il ötür
2020-06-19 14:06
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin qətlə yetirilməsindən 100 il ötür. Görkəmli dövlət xadimini 1920-ci il iyunun 19-da Tbilisinin Qolovin, indiki Şota Rustaveli prospektində erməni terrorçu Aram Yerkanyan başından vuraraq öldürüb. Onun yanında olan AXC-nin keçmiş daxili işlər naziri Xəlil bəy Xasməmmədov yaralanıb.
Nərgiz Camal