Fərruxda tapılan insan qalıqlarının Birinci Qarabağ müharibəsinin şəhidlərinə aid olduğu ehtimal edilir
2021-03-30 10:02
Xocalı rayonunun Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb. Qalıqların Azərbaycanın birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aid olduğu ehtimal edilir. İnsan qalıqlarını Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən aşkarlayıblar. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Nərgiz camal