Fərruxda aşkarlanan meyit qalıqları ekshumasiya edilib
2021-04-04 16:05
Hərbi Prokurorluq tərəfindən Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşanın Daşaltı kəndi, Xocavəndin Edilli kəndi, Ağdamın Sırxavənd kəndi, eləcə də Xocalının Fərrux kəndi və digər ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib. Onlarla bağlı məhkəmə-tibbi və molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.
Fərid Mehdiyev