Fərhad Məmmədov: Hazırda dünyada beynəlxaq hüquq ölkələrin təhlükəsizliyini təmin etmir
“Hazırda beynəlxalq hüquq ölkələrin təhlükəsizliyini tam təmin etmir”.Bu fikri Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov “C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi” konfransında səsləndirib.O bildirib ki, belə şəraitdə qonşu ölkələrlə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və region dövlətləri bir-birinə təhlükə yaratmamalıdır. Məmmədov əlavə edib ki, 90-cı illərdən və Vətən müharibəsindən sonra regionda reallıqlar dəyişib, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi başlayıb. Onun sözlərinə görə, C6 formatı Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafına töhfə verə bilər.
18 fevral 2026

