Fərdi yaşayış evində partlayış olub, iki nəfər yaralanıb
Bakının Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış olub.Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Rəhimov Soltan Əflatun oğlu və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məmmədova Məhrəngiz Seymur qızı xəsarət alıblar.İlkin məlumata görə, partlayış evin mətbəxində baş verib. FHN-in tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri görülüb.Araşdırma aparılır.
22 sentyabr 2026

