"Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı müəyyənləşib
2020-03-26 14:07
"Fənərbaxça"nın koronavirusa yoluxan futbolçusunun adı müəyyənləşib. İstanbul kollektivinin hücumçusu Maks Kruzedə bu xəstəliyin əlamətləri aşkarlanıb. Dünən keçirilən müayinədən sonra 32 yaşlı oyunçunun testlərinin nəticəsi müsbət çıxıb və o, xəstəxanaya aparılıb. Almaniya millisinin üzvünün müalicəsinə artıq başlanılıb. Bundan başqa "Fənərbaxça"nın bir həkimi də koronavirusa yoluxduğu üçün xəstəxanada karantinə alınıb.
Nərgiz Camal