"Fənərbaxça" baş məşqçisi Erol Bulutla yollarını ayırıb
2021-03-26 14:10
"Fənərbaxça" baş məşqçisi Erol Bulutla yollarını ayırıb. Klubun rəsmi saytının xəbərinə görə, çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. “Fənərbaxça” Erol Bulutu əvəzləyəcək mütəxəssisin adını da açıqlayıb. Komanda mövsümün sonunadək Əmrə Bələzoğluna həvalə edilib. “Sarı-göylər” 30 oyundan sonra 59 xalla Super Liqada 3-cü pillədədir.
Fərid Mehdiyev