"Fənərbağça" "Qalatasaray"ı məğlub edib
Futbol üzrə Türkiyə Superliqasında 37-ci turunda derbi həyəcanı yaşanıb. "Fənərbağça" səfərdə "Qalatasaray"ı 1 cavabsız qolla məğlub edib.
İngiltərə Premyer Liqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib. "Mançester Siti" doğma meydanda "Vest Hem"i 3:1 hesabı ilə üstələyərək çempion olub.
İspaniya La Liqasının 37-ci turunda lider "Real Madrid" "Vilyarreal"la görüşdə 4:4 hesablı heç-heçə edib. "Barselona" "Rayo Valyekano"nun qapısından üç cavabsız top keçirib. "Jirona" isə "Valensiya"ya 3:1 hesabı ilə qalib gəlib.
Vüsalə Cənnətova