"Fənərbağça" öz evində autsayderə məğlub oldu

2021-03-15 10:00

Futbol üzrə Türkiyə superliqasının 29-cu turunda "Fənərbağça" doğma meydanda autsayder "Gənçlərbirliği"ni qəbul edib. Matçda "sarı-göylər" önə keçsə də, son sözü paytaxt təmsilçisi söyləyib - 1:2. Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci tur başa çatıb. “Arsenal” öz meydanında “Tottenhem”i 2:1 hesabıyla məğlub edib. “Mançester Yunayted” Old trafordda “Vest Hem”-dən minimal hesabla üstün olub. İtaliya A Seriyasında 27-ci tura yekun vurulub. Lider “İnter” “Torino”nun qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. "Kalyari" səfərinə yollanan "Yuventus" Portuqaliyalı ulduzu Kristiano Ronaldonun het-triki sayəsində səfərdən 3:1-lik zəfərlə qayıdıb. Turun maraqla gözlənən görüşü Milanda keçirilib. Eyni adlı komanda doğma meydanda “Napoli”nin müqavimətini qıra bilməyib 0:1. Fransa Liqa 1-də 29-cu tur başa çatıb. Lider "Lill" Monako səfərindən qolsuz heç-heçə ilə dönüb. Çempionluğun əsas namizədlərindən PSJ isə gözlənilmədən autsayder "Nant"a uduzub. Paris təmsilçisi matçdan 1:2 məğlub ayrılıb.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik