Füzulidən Şuşa şəhərinə çəkilən Zəfər yolu Köndələnçay və Quruçay hövzələrindən keçir
2021-05-18 12:09
Füzulidən Şuşa şəhərinə çəkilən Zəfər yolu Köndələnçay və Quruçay hövzələrindən keçir. Bu iki çayın arasını arxeoloqlar “Kiçik Mesopotamiya” adlandırırlar. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun məlumatına görə, Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilib və bir neçə yeni abidə aşkar olunub. Bütün bunları nəzərə alaraq azad edilmiş ərazilərdə həyata keçirilən tikinti işləri zamanı arxeoloji tədqiqatların aparılması da zəruri hesab edilir.
Nərgiz camal