Füzulidəki avtomobil qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində baş verən avtomobil qəzasında xəsarət alan 4 nəfərin vəziyyəti açıqlanıb. “Mercedes” və “Daewoo” markalı avtomobillərin toqquşması nəticəsində baş verən hadisədə 24 yaşlı Səfiyar Quluzadə, 26 yaşlı Şamil Cəfərov, 32 yaşlı Surət Nəcəfli və 35 yaşlı İlqar Nəcəfov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.